Menu

“Ukraynanın hərbi hava qüvvələri tamamilə tükənəcək” – Putin niyə iyun ayını gözləyir?

10.04.2023, 12:24
“Ukraynanın hərbi hava qüvvələri tamamilə tükənəcək” – Putin niyə iyun ayını gözləyir?

Ukraynanın hərbi hava qüvvələri iyun ayına qədər tamamilə tükənəcək.

“AzPolitika.info” ABŞ-ın“The New York Times” nəşrinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı internetə sızıdırılan məxfi sənədlərində qeyd olunur.

Hərbi kəşfiyyata əsaslanan sənədlərdə bildirilir ki, Rusiya tezliklə Ukraynada yeni nəsil döyüş təyyarələrindən istifadə edəcək.

ABŞ nəşri qeyd edib ki, Ukraynanın hava gücünün tükəndiyi bir vaxtda Putinin cəbhəyə müasir təyyarələr göndərməsi müharibənin taleyini böyük ölçüdə dəyişdirə bilər.

“The New York Times” Rusiyanın çoxlu sayda döyüş təyyarəsini ehtiyat qüvvə kimi saxladığını və Ukraynanın hava gücünün tükənməsini gözlədiyini yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddətdir Qərbdəki müttəfiqlərindən döyüş təyyarələri tələb etsə də, əksər ölkələr onun bu tələbini geri çevirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol