“Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq”.
“AzPolitika.info” xəbər veri ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüş zamanı deyib.
Lukaşenko qeyd edib ki, 1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından sonra Qərb Qazaxıstan, Ukrayna və Belarusun təhlükəsizliyini tam təmin etməyə “and içib”, lakin sonradan bu razılaşmaları tapdalayıb: "Buna görə də Belarusun təhlükəsizliyinə qarantiya yox idi."
Lukaşenka bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda da qaldırdığını bildirib.
“Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyim görüş zamanı sizinlə Belarusda təhlükəsizlik məsələlərini müzakirə edəcəyimiz barədə razılığa gəldik. Danışıqlarda ümumi şəkildə razılaşdırılıb ki, bizə hücum olarsa, Rusiya Belarusu öz ərazisi kimi qoruyacaq. Bunlar bizə lazım olan təhlükəsizlik öhdəlikləridir”,-deyə Lukaşenko bildirib.
“AzPolitika.info”


Şərhlər