“KTMT missiyası Ermənistana gəlməyə hazırdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu yerli jurnalistlərə açıqlamasında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Ermənistan tərəfi hazır olarsa, ən yüksək səviyyədə KTMT missiyasının gəlməyə hazır olduğu təsdiqlənib”, - səfir əlavə edib.
Diplomatın sözlərinə görə, Ermənistan XİN rəhbərinin bir qədər əvvəl qeyd etdiyi kimi, bu məsələlər üzərində iş gedir.
"Düşünürəm ki, bu müzakirələrin nəticələrinə əsasən hansı qərara gələcəyimizi müəyyənləşdirəcəyik", - Kopirkin vurğulayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, layihə üzərində iş davam edir. .
Öz növbəsində Sergey Lavrov bildirib ki, missiyanın Ermənistana göndərilməsi ehtimalı qalır.
“AzPolitika.info”


Şərhlər
İsa MƏSİH tapşırıb ki, bir üzünə vursalar o biri üzünü də çevir. Deməyuib ki, bir üzünə tüpürsələr o biri üzünü də çevir. Hadi xristianlıqda qonşunu özün kimi sev deyə əmr olunurdu. Hadi düşməni vurma öp deyilirdi.Bunlar harda qaldı bəs?Nə Kiril xristian, nə də Xamenei müsəlmandır.
Gör ermənistan Rusiyanı necə muma döndərib ki, Rusiya KTMT-ni ermənistana mən ölüm, sən ölümlə yerləşdirir və əslində isə KTMT-nin missiyası ermənistanı bir növ qorumaqdır. Yəni burada ən böyük alçağlığ, ikiüzlülük, separatçının havadarına dəstək, suyu bulandırmaq, münaqişənin həllinin birdəfəlik üzülməsinə pəl vurmaq Rusiyanın başlıca siyasətidir.
Azərbaycana qarşı sonadək düşmən mövqeyini saxlayan Rusiya Azərbaycan ərazilərində işğal yolu ilə yaratdığı ermənistan əyalətini qorumağa sadiqlik göstərir.Rusiya Azərbaycana qarşı düşmənçiliyini davam etdirməkdə içimizdən seçib təlimatlandırdığı satqınlardan istifadə edir.Azərbaycanı rus təcavüzündən xilas etməyin yolu həmin satqınların məhv edilməsindən keçir.Satqın və xainlər həmişə təhlükə mənbəyidirlər.