“Təhlükəli terrorçuların Əfqanıstandan qayıtması və onlara müxtəlif terror təşkilatlarının dəstəyi davamlı səylərin nəticəsi olan sülh və sabitliyə təsir edir”.
“Tolo News” xəbər verir ki, bunu İslamabadda Baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən Pakistan Milli Təhlükəsizlik Şurasının (PMTŞ) 41-ci iclasının bəyanatında deyilir. Pakistan Milli Təhlükəsizlik Şurası verdiyi açıqlamada Əfqanıstanda terror təşkilatlarının mövcudluğundan narahatlığını dilə gətirib və bunun Pakistanda qeyri-sabitliyi artırdığını vurğulayıb.
İslam Əmirliyi bu iddianı təkzib edib və bəyan edib ki, heç kimə əfqan torpağından başqa xalqlara qarşı istifadə etməyə icazə vermir və istənilən bölgədə müharibəyə qarşıdır. İslam Əmirliyinin sözçüsü Zabiullah Mücahid “biz əfqanlar və İslam Əmirliyi müharibədən bezmişik və təkcə Əfqanıstanda deyil, hər hansı bir xalqda müharibəyə qarşıyıq. Biz heç kimə Əfqanıstan torpağından başqa xalqlara təhlükə törətməsinə icazə vermədik".
Təhlilçilər bildirib ki, Pakistan mövcud Əfqanıstan hökuməti ilə problem və narahatlıqlarını dialoq yolu ilə həll etməlidir. Bundan əvvəl Pakistanın yüksək rütbəli nümayəndə heyəti İslam Əmirliyi rəsmiləri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığın artırılması yolları ilə bağlı danışıqlar aparmaq üçün Kabilə səfər edib.
SƏMLA
AzPolitika.info


Şərhlər