BBC-nin yaydığı xəbərdə deyilir ki, Qərbi Qüdsdə 4 yəhudi öldürülüb, 8 nəfər isə yaralanıb. Tapança və qəssab bıçağı ilə silahlanmış iki fələstinli yerli sinaqoqa hücum edərək qarşılarına çıxanları öldürməyə çalışıb.
BBC bildirir ki, hücumu həyata keçirən fələstinlilər hadisə yerinə özünü çatdıran polis tərəfindən güllələnərək qətl ediliblər.
Radio bildirir ki, son vaxtlar bu müqəddəs şəhərdə ərəblərlə yəhudilər arasında gərginlik yüksəlib.
İsrail tərəfi bildirib ki, insidentlə bağlı onlar da son dərəcə kəskin cavab tədbirləri həyata keçirəcəklər. Bu hadisə son 6 ildə baş vermiş ən ağır hadisə kimi qeyd olunur.
Maraqlıdır ki, qətl edilən 4 yəhudidən 3 nəfəri həm də ABŞ vətəndaşıdır. ABŞ-ın Dövlət Departamenti bu faktı təsdiqləyib. Dördüncü şəxs isə yəhudi əsilli Britaniya vətəndaşıdır.
İsrailin baş naziri Benyamin Netanyahu hadisə ilə bağlı “Həmas” təşkilatını və Fələstin prezidenti Mahmud Abbası günahlandırıb. O, bildirib ki, insanlar ibadət edərkən öldürülüblər.
Fələstin prezidentinin ofisi isə baş vermiş hadisəni kəskin şəkildə pisləyib.
Hadisə ortodoks yəhudilərə məxsus sinaqoqda baş verib. (musavat.com)


Şərhlər