Menu

ABŞ-da atışma nəticəsində 5 nəfər ölüb

10.04.2023, 22:03
ABŞ-da atışma nəticəsində 5 nəfər ölüb

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. “Report” CBS telekanalına istinadən xəbər verir ki, yerli polis hücumla bağlı məlumatı təsdiqləyib.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları gəlib.

CNN telekanalının məlumatına görə, yaralanan 6 nəfərdən biri polis əməkdaşıdır.

Atəş açan şəxs zərərsizləşdirilib, yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol