“Rusiya 2020-ci ilədək yenidən aqressiv rejimdə silahlanacaq”.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, ötən illərdə Rusiyanın silahlı qüvvələri inkişafda geri qalıb.
Buna görə də hakimiyyət “belə aqressiv rejimdə” işləməyə məcburdur.
“Bizim “Qosoboronzakaz” çərçivəsində 2020-ci ilə qədər çox böyük sifarişimiz var. Ordu və donanma yenidən silahlanacaq”, - deyə o vurğulayıb.
****
QEYD: Hörmətli oxucu, bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsən…


Şərhlər