Menu

Belqorod hava limanına dron hücumu - Hasarlar və siqnal kabeli zədələnib

11.04.2023, 12:24
Belqorod hava limanına dron hücumu - Hasarlar və siqnal kabeli zədələnib

Bazar ertəsi Belqorodda Şuxov hava limanının ərazisində naməlum pilotsuz uçuş aparatı düşərək partlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Baza” və “Shot” teleqram kanalları öz mənbələrinə istinadən məlumat yayıb. Daha sonra “RİA Novosti” agentliyi pilotsuz təyyarənin düşməsi ilə bağlı məlumatı fövqəladə xidmətlərə istinadən təsdiqləyib.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Dövlət xəbər agentliyinin məlumatına görə, hava limanının hasarına cüzi ziyan dəyib.

“Telegram” kanallarının məlumatına görə, hava limanına partlayıcı qurğu ilə təyyarə tipli dron hücum edib. Partlayış nəticəsində hava limanının hasarları və siqnal kabeli zədələnib.

Belqorod hava limanı 2022-ci il fevralın 24-dən - Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından mülki uçuşların qəbulunu dayandırıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol