Menu

“Növbəti görüş Vaşinqtonda olacaq” – “Tərəflərin mövqeyi bu məsələdə üst-üstə düşür”

11.04.2023, 14:56
“Növbəti görüş Vaşinqtonda olacaq” – “Tərəflərin mövqeyi bu məsələdə üst-üstə düşür”

“Avropa İttifaqı Prezidenti Şarl Mişel Nikol Paşinyan və İlham Əliyevlə bir neçə telefon danışığı aparıb. Telefon danışıqlarının əsas mövzusu Ermənistan-Azərbaycan münasibətləri və sülh danışıqları prosesi olub”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti özünün Ermənistan XİN-dəki mənbələrinə istinadla yazıb.

Xəbərdə deyilir ki, Ş.Mişel yaxın həftələr ərzində iki ölkə başçısının Brüsseldə Avropa İttifaqının egidası altında görüşünü keçirmək və nizamlama prosesində fəal iştirak etmək istəyir. Lakin hadisələrin gedişi növbəti görüşün Brüsseldə yox, Vaşinqtonda keçiriləcəyindən xəbər verir: “Avropa İttifaqının böyük marağına baxmayaraq, öncədən əldə edilimiş razılığa görə mayın ikinci yarısında keçirilməli olan Paşinyan-Əliyev görüşü böyük ehtimalla Vaşinqtonda baş tutacaq. XİN-dəki mənbəmiz deyir ki, tərəflərin bu görüşün məhz Vaşinqtonda keçirilməsilə bağlı mövqeləri üst-üstə düşür”.

Qeyd edək ki, sözügedən görüşün təşkili təşəbbüsü ABŞ Dövlət katibi Entoni Blinkenə aiddir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol