Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir. 

***

Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilən Samir Əhməd oğlu Seyidəhmədli daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb.

“AzPolitika.info” xəbər verir ki, S.Seyidəhmədli karyerasına 2005-ci ildən Dövlət Vergi Xidmətində başlayıb. O bu sistemdə müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.

Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.

“AzPolitika.info”