“Ukrayna 9 ay ərzində nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur”.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Aleksey Arestoviç bildirib.
Arestoviçin fikrincə, əgər Ukrayna nüvə silahı istehsal edərsə, uğrunda mübarizə apardığı beynəlxalq müqavilələr sistemini pozmuş olacaq.
“Burada sual ondan ibarətdir ki, bizə nə sərf edir? Nüvə silahı əldə etmək, yoxsa ümumbəşəri və ümumavropa tendensiyalarına malik ölkə kimi qalmaq?”, – Arestoviç bildirib.
“AzPoltika.info”


Şərhlər