ABŞ Ukraynanın yaxın günlərdə başlayacağı təxmin edilən əks-hücum əməliyyatlarının effektiv olmayacağından narahatdır. Bugünlərdə internetə sızdırılan Pentaqonun məxfi məlumatlarından da belə nəticəyə gəlmək olar ki, Ukrayna ordusundakı çatışmazlıqlar fonunda bu əks-hücumların kiçik nəticələri olacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri Pentaqonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı internetə sızdırılmış məxfi sənədlərinə əsasən məlumat yayıb.
“Daily Mail” nəşri yazır ki, məxfi sənədlər Ukraynanın bu yaz rus işğalçılarına qarşı effektiv əks-hücum əməliyyatına başlaya biləcəyini şübhə altına alır.
Sənəddə Ukrayna ordusunun Rusiyanın Krım yarımadası ilə quru əlaqəsini kəsmək, eyni zamanda şərqdəki mübahisəli əraziləri geri almaq üçün zəif cəhdlər göstərəcəyi və bunun müqabilində cüzi uğurlar qazanacağı proqnozlaşdırılır.
Sızdırılan sənədlərdə Ukraynanın qarşıdakı ayları “qaranlıq mənzərə” kimi, təsvir edilib.
“Ukrayna ordusu silah-sursat çatışmazlıqlarıyla bağlı problem yaşayacaq. Bu isə Ukraynanın irəliləyişini çətinləşdirəcək və hücum zamanı itkilərini daha da artıracaq”,- deyə məxfi sənəddə vurğulanır.
“AzPolitika.info”


Şərhlər