“Biz futbol oynamırıq, Ermənistanın təhlükəsizliyindən danışırıq”.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu aprelin 11-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sarkis Xandanyan deyib.
Xatırladaq ki, aprelin əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda KTMT müşahidəçilərinin yerləşdirilməsi imkanından danışarkən “top İrəvanın tərəfindədir” demişdi.
Xandayan isə Zaxarovaya cavabında deyib ki, məsələyə hərtərəfli yanaşmalar lazımdır, bir-birinə top ötürməkdə problem yoxdur: O, digər erməni həmkarları kimi saxtakarlıq edərək, Ermənistanın guya təcavüzə məruz qaldığını, KTMT isə buna cavab verməli olduğunu iddia edib.
Deputat Ermənistanın təhlükəsizliyini əsas prioritet kimi qeyd edib.
“Biz geosiyasi gərginlik şəraitində Ermənistanın toqquşmalar teatrına çevrilməsində maraqlı deyilik”, - Xandayan əlavə edib.
Komissiya sədri Ermənistanın təxribatlarını, sülhdən imtina etməsini "unudaraq" iddia edib ki, guya Azərbaycan tərəfdən hərbi eskalasiya ehtimalı mövcuddur və İrəvan da bu "riskləri idarə etmək üçün" beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.
Deputat bunun delimitasiya olub-olmaması ilə bağlı suala mənfi cavab verib və bu hadisəni “mövqelərin aydınlaşması” adlandırıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər