Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
“AzPolitika.info” “Caliber.az” saytına istinadla xəbər verir ki, erməni tərəfi döyüşlərdə artilleriya və PUA-lardan aktiv istifadə etməyə başlayıb.
Azərbaycan Ordusu düşmənin bu istiqamətdə canlı qüvvə və texnika toplamasını qeydə alıb və adekvat tədbirlər görür. Görünür, Ermənistan rəhbərliyi ciddi hərbi əməliyyat keçirmək qərarı verib.
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin ciddi itkilər verdiyini açıqlayıb. Son məlumatlara görə, düşmən əsgərləri sözügedən istiqamətdə postlarını ataraq qaçmağa başlayıblar
“AzPolitika”

Şərhlər