Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalov dəfn olunub.
Şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhidimizdən vətənə yadigar bir qız və bir oğul övladı qalıb.
***
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovla vida mərasimi başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, hazırda şəhidin cənazəsi dəfn edilməsi üçün Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanına aparılır.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!


Şərhlər
Rəbbim bu erməni rus fars qanicenlerin kökün yer üzündən özün sil. Allah size mın kərə lenet eləsin kafirlər.
Uşaqın göz yaşları adamın ürəyini paramparça edir. Allah şəhidlərimizə rəhmət eləsin