Menu

“ERMƏNİSTANI İRAN CƏSARƏTLƏNDİRİR” – “Əli Şamxaninin Qriqoryana lazımi təlimatlar verdiyi aşkardır”

12.04.2023, 12:43
“ERMƏNİSTANI İRAN CƏSARƏTLƏNDİRİR” – “Əli Şamxaninin Qriqoryana lazımi təlimatlar verdiyi aşkardır”

“İranın Ermənistanı silahlandırması gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu dünən Ermənistanla sərhəddə baş verən qarşıdurmada İranın iştirakını şərh edərkən bildirib. “Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa mane olmağa çalışırlar”, - o əlavə edib.

Ekspert bildirir ki, iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Onun sözlərinə görə, görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara cəsarətləndirib: “Qriqoryan da bu təlimatları Baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki, İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davam etdirməliyik. Başqa alternatimiviz yoxdur”.

Rasim ƏLİYEV

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-04-12 15:27:53

ermənistanı da,İranı da cəsarətləndirən Putindir.Fikri haçalandırmayın.Bizim tarixi düşmənimiz Rusiyadır.Ərazilərimizi də,yüksək vəzifələrimizi də Putin işğal edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol