Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Fondun "Dünya İqtisadi Baxış" hesabatının aprel sayında bildirilib. Sənədə əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildəki 5,9%-dən 2023-cü ildə 5,8%-ə kimi azalacaq. BVF həmçinin, 2024-cü ildə də Azərbaycanda işsizlik səviyyəsini 5,8% proqnozlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl “SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 4,9% təşkil edəcəyini müəyyən edib.


Şərhlər
8 ildir pensiyaçıyam, son iş yerim hələ də çıxış hesabımı və son 2007ci ilin sığorta verğisini ödəmir. Çıxış hesabını pensiya sığortasına köçürə bilərlərmi? Neçə faiz penyası ilə və ya KİMə müraciət edim?