Menu

Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib

12.04.2023, 17:36
Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcəyini deyib.

APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, o bu barədə parlamentdə çıxışında deyib.

Mirzoyan danışıqların aparılması ilə bağlı partnyorlar, vasitəçilər və beynəlxalq aktorlardan çoxlu təkliflər aldıqlarını deyib.

Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol