Menu

"BİZ TƏSLİM OLMAYACAĞIQ" - Putin ABŞ-a xəbərdarlıq edib

18.11.2014, 21:09
"BİZ TƏSLİM OLMAYACAĞIQ" - Putin ABŞ-a xəbərdarlıq edib

 "ABŞ-ın məqsədi Rusiyanı özünə tabe etməkdir"

Dünya Rusiya prezidenti Vladimir Putin ABŞ-ı sərt tənqid edib. ANS PRESS-in məlumatına görə, Putin bəyan edib ki, ABŞ heç vaxt Rusiyanı özünə tabe edə bilməyəcək.

"Onlar bizi alçatmaq yox, sadəcə özlərinə tabe etmək istəyirlər. Bizim hesabımıza problemlərini həll etməyə çalışırlar. Bizi özlərinə tabe edərək Rusiyanı öz təsir dairəsinə salmağa çalışırlar. ABŞ tarix boyu bunu etmək istəyib, amma alınmayıb. Biz təslim olmayacağıq", deyə Putin bildirib.

Prezident bildirib ki, ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasət yenə də uğursuzluğa düçar olacaq

Qeyd edək ki, bu gün ABŞ prezidenti Barak Obama yenidən bəyan edib ki, rəsmi Moskva Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, Rusiya dünyadan təcrid olunacaq.

***

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz… 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol