Menu

“ABŞ rəhbərliyinin səriştəsizliyi nüvə müharibəsinə səbəb ola bilər” - Tramp

13.04.2023, 09:09
“ABŞ rəhbərliyinin səriştəsizliyi nüvə müharibəsinə səbəb ola bilər” - Tramp

“Amerikanın hazırkı rəhbərliyinin səriştəsizliyi tarixin ən təhlükəli vaxtına və nüvə silahından istifadə təhlükəsinə gətirib çıxarıb”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Tramp nüvə silahından istifadə təhlükəsinə işarə edərək deyib: “Biz tarixin ən təhlükəli dövründə yaşayırıq. İlk növbədə, bizim rəhbərliyimizdəki səriştəsiz insanlara görə”.

O, “Şimal axını”nda baş verən partlayışlara da münasibət bildirib, cinayətkarların adlarını çəkməkdən imtina edib. Eyni zamanda o, bütün bunların Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcəyini qeyd edib və ABŞ-ın iştirakına eyham vurub.

Şərhlər

Turan 2023-04-13 15:31:35

Bu insan yenidən prezident seçilsə onda dünyada amerikalılardan axmaq millət olmayacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol