Bakıda 3 nömrəli Uşaq evinin direktoru dəyişdirilib. "Report" xəbər verir ki, bu gün Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilib. Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyevin direktor Məhbubə Hüseynovanın göstərişi ilə 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirildiyi bildirilirdi. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzfiəsində çalışan Gülcan Nağıyeva işdən azad olunmuşdu.


Şərhlər
Uşaq evlərinə dindar qadın direktor təyin edilsə əla olar.Çünki o uşaqlar ata-anasız bəxtsizlərdi,uşaq yaşlarından qəlbləri qırıqdı.Direktor sərt sifətli olanda dünya o uşaqların gözündə daha da qaralar vallah.Ən önəmlisi isə odur ki,dindar adam bir tikə də yetim malı yeməkdən oddan qorxan kimi qorxar.Odur ki gecə-gündüz dindar direktorun əli o bəxtsiz uşaqların üstündə olar,özü yeməz onları yedirər,gülüşünü onlardan əskik etməz,çünki dindar adam bilir ki,Allah deyib ki,bəzən bir təbəssüm də sədəqədir.
Məhbubə xanım öz ərizəsi ilə getsəydi yaxşı olardı...