Menu

Azərbaycanda martda gündəlik xam neft hasilatının həcmi 515 min barrel olub

13.04.2023, 11:27
Azərbaycanda martda gündəlik xam neft hasilatının həcmi 515 min barrel olub

Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatının həcmi 632 min barrel olub.

Bu barədə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, bunun 515 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.

“OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol