Menu

XİN beynəlxalq ictimaiyyətə çağırış edib - Əsgərimizə işgəncə verilməsini pisləməyə çağırıb

13.04.2023, 16:44
XİN beynəlxalq ictimaiyyətə çağırış edib - Əsgərimizə  işgəncə verilməsini pisləməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb.

Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”, - XİN rəsmisi bildirib.

Şərhlər

dadaşyev 2023-04-13 22:56:52

Təəssüf ki beynəlxalq ictimaiyyət qoyun sürüsüdür.Qoyun sürüsü olmasaydı o boyda Xocalı soyqırımını törədən Sarkisyanı tutub minərdilər.Amma soyqırımı törətdiyini lovğa-lovğa xristian ölkələrində bildirsə də ona gözün üstə qaşın var deyən olmayıb bu otuz ildə.

Vətəndaş 2023-04-13 20:05:29

Ermənilər düz eləmirlər, lakin düşmən Tərtər hadisələrindən ürəklənib əskərimizə işgəncə verirlər, XİN Tərtər hadisələrilə bağlı çağırış etsəydi erməni belə azğınlaşmazdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol