Menu

"Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır" - İlham Əliyev

13.04.2023, 17:02
"Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır" - İlham Əliyev

Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.

“Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq”, - deyə dövlət başçısı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol