Amerika Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefonla danışıb və Ukraynanın uğurunun Avropada sülh və təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb, Vaşinqtonun Kiyevin nə qədər lazımdırsa, yanında olmaq öhdəliyini bir daha təkrarlayıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Vedant Patel açıqlamasında deyib. V.Patel bildirib ki, iki lider Ukraynanın yaz əks-hücumuna davam edən hazırlığı, o cümlədən müttəfiqlərin və tərəfdaşların təhlükəsizlik yardımı vədlərini müzakirə ediblər.
Ukraynanın xarici işlər naziri də “Twitter” hesabında eyni məlumatı paylaşıb: "Bugünkü zəngimiz zamanı @SecBlinken ABŞ-ın zəhmətkeş dəstəyini bir daha təsdiqləyib və Ukraynanın döyüş meydanında qalib gəlmə qabiliyyətinə şübhə yaratmaq cəhdlərini qətiyyətlə rədd edib. ABŞ Ukraynanın etibarlı tərəfdaşı olaraq qalır, qələbəmizi irəlilətməyə və ədalətli sülhü təmin etməyə diqqət yetirib”.
Rusiya 2022-ci il fevralın 24-də “xüsusi hərbi əməliyyata” başladıqdan sonra ABŞ Ukraynaya kömək edir. Keçən ay ABŞ Ukraynanın Baxmut şəhərinə nəzarət uğrunda Rusiya qüvvələri ilə döyüşün davam etdiyi bir vaxtda Ukraynaya 350 milyon dollarlıq silah və texnika göndərəcəklərini bildirmişdi.
"AzPolitika.info"


Şərhlər