Menu

“UŞAQLARI HAZIRLAYIRIQ...” – Zelenski hücum anonsu verib

13.04.2023, 22:31
“UŞAQLARI HAZIRLAYIRIQ...” – Zelenski hücum anonsu verib

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi kabinetin iclasını keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Zelenski bugünkü videomüraciətində xəbər verib.

“Bu gün hərbi kabinetin iclasını keçirdik. Bu, müdafiə sektoru rəhbərləri – baş komandan, kəşfiyyat rəhbəri, Prezident Ofisinin xüsusi formatıdır”, - Prezident qeyd edib.

Ukrayna lideri “güclü fəaliyyətlərin” anonsunu verib: “Uşaqları hazırlayırıq. Partnyorlarımız tərəfindən vəd olunmuş silahları səbirsizliklə gözləyirik. Bütün gücümüzla qələbəni yaxınlaşdırırıq. Hazırlıqlarımızız da maksimum templə davam edir”.

Zelenski qeyd edib ki, düşmən ukraynalılara vurduğu hər zərbəyə görə cavab itkilərinə məruz qoyulacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol