Menu

Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib - KİV

14.04.2023, 09:00
Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib - KİV

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Qamışlı şəhəri yaxınlığında hərəkət edən avtomobilə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə Suriyanın müxalif mediası məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində nəqliyyat vasitəsində YPG terror təşkilatının liderlərindən sayılan şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, YPG terror təşkilatı Suriyada fəaliyyət göstərir. Türkiyə qruplaşmanı PKK terror təşkilatının Suriya uzantısı hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol