Menu

“Putin xərçəngdir, kimyaterapiya alır” – Məxfi sənədlər də Putinin xəstə olduğunu ortaya qoyur

14.04.2023, 11:43
“Putin xərçəngdir, kimyaterapiya alır” – Məxfi sənədlər də Putinin xəstə olduğunu ortaya qoyur

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internətə sızdırılan 100-ə yaxın məxfi sənədində Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı məlumatlar da yer alıb.

“AzPolitika.info” xəbər verir ki, sənədlərdən birində Vladimir Putinin xərçəng xəstəsi olduğu, bunun üçün də davamlı şəkildə kimyaterapiya aldığı bildirilir. Məxfi sənədlərdə Putinin xəstəliyinin hansı mərhələdə olduğuna dair məlumat verilmir.

Xatırladaq ki, uzun müddətdir sosial şəbəkələrdə və beynəlxalq mətbuatda Putinin səhhəti ilə bağlı müxtəlif şayiələr dolaşır. Onun Parkinson və xərçəngdən əziyyət çəkdiyinə dair iddialar var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol