Bu günlərdə Azərbaycan və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında müşahidə olunan gərginliyi müzakirə ediblər və onun aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
APA xəbər verir ki, bunun ardınca İranın Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin İRNA agentliyi tərəfindən "Mən də Azərbaycanlıyam" adlı məqaləsi dərc olunub.
Məqalədə Vilayəti İran və Azərbaycan xalqları arasında tarixi əlaqələr barədə öz fikirlərini bölüşüb. Azərbaycan xalqının öz ölkəsini irəli apardığını diqqətə çatdıran Vilayəti regionda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinin zəruri olduğunu bildirib.


Şərhlər
Aaaa! Adətən sel gələndə əvvəlcə xırda heyvanları,çaqqal-çuqqalı gətirər.İri heyvanları,ələlxüsus da eşşəkləri selin gur yeri gətirər.İndi tərsinə olub:eşşəyi qabağa veriblər.A balam,sənin də,narkoman həşşaşi Xameneyinin də azərbaycanlı olduğuna şübhəmiz yoxdur ee,amma Çingiz İldırım kimi,Ruhulla Axundov kimi,Qəzənfər Musabəyov kimi azərbaycanlılardansınız.Fərq ondadır ki,onlar ruslaşmışdılar,sizlər isə farslaşmışsınız.Sizin bizə qarşı düşmənçiliyinizə gəlincə isə bizim ortaq dədə-babalarımızın bir sözünü xatırlatmaq istəyirəm.Deyir itə deyirlər niyə hürürsən,deyir qorxuduram.Deyirlər niyə quyruğun əsir,deyir çünki özüm də qorxuram.Səni qabağa verən dəyyus Xameneyidən vaxtında uzaqlaş,a kişi,bax sən də yanacaqsan onun oduna.Onun onsuz da bir ayağı burdadı bir ayağı gorda,cəhənnəm mələkləri əcəl vaxtını gözləyirlər ki sürüyüb başıaşağı atsınlar cəhənnəmin ən isti bucağı olan Sakaraya..Quyruğu da yamanca əsir,ona görə sənin kimi eşşəyi qabağa verib ki bir-iki ağız anqırıb başımızın altına yastıq qoyasan.Səsin zəif çıxır,çünki hiss edirsən özün də yaxındakı faciəni,amma unutma ki,Qurani-Kərimdə deyilir ki,səslərin ən pisi eşşək anqırtısıdı.Zəif olsa belə.