Menu

Arzu Rəhimov Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə rəis təyin etdi

14.04.2023, 17:18
Arzu Rəhimov Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub. "Report"un məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elmar Tağıyev təyinat alıb.

O, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Şərhlər

pensioner 2023-04-14 21:16:09

Ilahi,bir ovic təşkilatda nə qədər general olar.Sovet dönəmində ştat üzrə bir general var idi,işin həcmi isə hazırda sovet dönəmi ilə müqayisədə dəfələrlə azdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol