Məşhur müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Ledi Qaqanın həmsədrlik edəcəyi komitədə məşhur prodüser Bruce Cohen, aktyor Corc Kluni, aktrisa Cennifer Qarner və musiqiçi Con Batiste kimi ulduzlar da var.
Komitəyə təyin olunan digər şəxslər bunlardır - Constance M. Carroll, Philip J. Deloria, M. Angelica Garcia, Nora Halpern, Steve Israel, Marta Kauffman, Ricky Kirshner, Troy Kotsur, Katie McGrath, Laura Penn, Amanda Phingbodhipakkiya, Arnold Rampersad, Shonda Rhimes, Kimberly Richterio Shir Sierra, Anna Deavere Smith, Joe Walsh, Kerry Washington və Pauline Yu.
Qeyd edək ki, 1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir.
Xatırladaq ki, keçmiş ABŞ Prezidenti Donald Tramp hər zaman bu komitənin ləğvinin tərəfdarı olub və onun dövründə komitə demək olar ki, fəaliyyət göstərməyib.


Şərhlər
Uşağ vaxtı məşhur bir film vardı, "limanadlı Co", indi bu Bayden də limanadlı olmasa da Codur...nə isə uzatmayaq, "ağası gülüm olanın...."...