Menu

İDMANÇILARIMIZ İRƏVANDA GİROV VƏZİYYƏTİNƏ DÜŞÜB - Nazirdən açıqlama

15.04.2023, 12:09
İDMANÇILARIMIZ İRƏVANDA GİROV VƏZİYYƏTİNƏ DÜŞÜB - Nazirdən açıqlama

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda məskunlaşdığı oteldən buraxılmır.

"AzPolitika.info xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

Nazir bildirib ki, ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mətbuata çıxışı yoxdur.

“İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar oteldən çıxa bilmirlər”, - deyə nazir paylaşımında yazıb.

Fəriq Qayıbov beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırıb: “Həmçinin, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında iştirakdan imtina edib.

Şərhlər

t.ədalət 2023-04-15 15:53:06

ermənistana getmək,hələ bir idman yarışında iştirak etmək əbləhlikdir.İdmançıları ora göndərənlərin,olka bilsin ki,ermənilərlə qanı qarışıqdır.

Cəmşid Dərələyəzli 2023-04-15 15:20:33

Aslında İravanda baş veren bu barbarlığa, Azərbaycanın beynəlxalq arenada siyasi uduşu kimi baxmaq lazımdır. O ki qaldı İdmançılarımızın otel odasında tutulmasına, buna girovluq kimi de baxılmaz. Bu sadece Paşinyan hökümətinin acizliyininin və maymaqlığının nəticəsidir ki, idmançılarımızın təhlükəsizliyinin bayırda temin ede bilmediyinden bayıra çıxmalarına izin verilmir.

Vətəndaş 2023-04-15 13:09:17

Düşmənin evinə niyə bu cavanları göndərmisiniz? Düşmən uşaqlarımızı tutub onlara nə divan tuturlar görmürsünüzmü? Xocalı yaddan çıxıbmı? Anası ermənilər bunu edirlər ay millət siz getməyin. Kreslodan ötəri erməniyə yalvarmayın yaltaqlanmayın bu milləti də düşmən qarşısında alçaltmayın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol