Menu

Ruslar Gürcüstanı satın alır – Bir ildə rekord sayda daşınmaz əmlak alınıb

15.04.2023, 14:54
Ruslar Gürcüstanı satın alır – Bir ildə rekord sayda daşınmaz əmlak alınıb

Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzkar müharibəsi başlanandan bəri Rusiya vətəndaşları Gürcüstanda 6707 mənzil alıblar. Bu, Gürcüstan Ədliyyə Nazirliyinin rəsmi məlumatlarından bəlli olur.

Bu da qeyd olunur ki, rusiyalılar Gürcüstanda ev alan bütün başqa dövlətlərin vətəndaşlarını sayca xeyli geridə qoyublar. Məsələn, eyni müddətdə İsrail vətəndaşları Gürcüstanda 2563 mənzilə sahib olublar.

“Georealty” ekspert şirkətinin məlumatına görə rusiyalılar Gürcüstanda mənzilləri təkcə yaşamaq üçün yox, həm də kirayə vermək üçün alırlar. Bunu o da göstərir ki, 500 Rusiya vətəndaşı Gürcüstan paytaxtında və ölkənin kurort şəhərlərində iki və daha çox mənzil alıb. Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri 120-130 min arasında Rusiya vətəndaşı Gürcüstana köç edib.

Gürcüstan qanunlarına görə bu ölkədə yaşayış sahəsinin alınması avtomatik olaraq daimi məskunlaşma hüququ verir.

Ölkəyə turist kimi gəlmiş rusiyalıların isə burada viza almadan bir ilədək yaşaması mümkündür. Yerli müxalifət və ilk növbədə keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası hakim “Gürcü arzusu” partiyasını yüz minlərlə rusiyalının ölkəyə anlaşılmaz və şübhəli məqsədlərlə axınına yol verməkdə ittiham edir.

Lakin hakimiyyət və iqtisadçılar Gürcüstandakı iqtisadı artımı, milli valyutanın möhkəmlənməsini məhz rusiyalıların miqrasiyasına bağlayırlar.

Ötən il Gürcüstanın ÜDM-i rekord 10 faiz yüksəlib. 2023-cü ilin ilk üç ayı ərzində rusiyalılar Gürcüstanda 5332 biznes qeydiyyatdan keçiriblər. Bunlardan 191-i MMC-lər və 8-i QHT-lərdir. Qalan 5133 halda Rusiya vətəndaşları Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçiblər. 2022-ci ildə rusiyalılar Gürcüstanda 15 min biznes qeydiyyatdan keçirmişdilər.

“AzPolitika.info”

Şərhlər

Vəkil Vəlicanlı 2023-04-15 15:47:21

*Qonşu-qonşuya tən, ya gen gərək!* Ermənistan ona aid olmayan haqqlar uğrunda müharibə aparır? Azərbaycan və Gürcüstan isə Dövlətin və Vətəndaşının hüquqlarının itirilməsinə hüquqi sədd qoya bilmirlər? Azərbaycan əski separatçı terrorçular və mühafizəçiləri qarşısında Konstitusion nəzarətini həyata keçirə bilmir? Kiyev müəyyən dərslər alıb, qadağalar qoyub!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol