Menu

Çin ABŞ dövlət katibinin səfərinə icazə vermədi – FTB hansı sənədləri yaya bilərdi?

15.04.2023, 15:30
Çin ABŞ dövlət katibinin səfərinə icazə vermədi – FTB hansı sənədləri yaya bilərdi?

“Çin FTB-nin vurulan kəşfiyyat şarı ilə bağlı araşdırmanın nəticələrini dərc edəcəyindən qorxaraq ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfərinə icazə vermədi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə şənbə günü “Financial Times” qəzeti yazıb.

Mənbələr qəzetə bildirib ki, Pekin Vaşinqtona Amerika diplomatiyasının rəhbərinin fevralda ləğv etdiyi səfər üçün yeni tarix seçməyə hazır olmadığını bildirib. Eyni zamanda ABŞ administrasiyasının araşdırmanın nəticələri ilə bağlı planları da aydın deyil.

Qəzet yazır ki, Çin rəsmiləri Ağ Evin dövlət katibinin Çinə səfəri zamanı FTB hesabatını fiziki sübutlarla birlikdə açıqlayacağından qorxurlar.

Mənbələr bildirir ki, Çinin xarici işlər naziri Qin Qanq mart ayında Pekində Çinin İnkişafına dair Yüksək Səviyyəli Forumda amerikalılarla görüşü zamanı bu məsələni qaldırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol