Menu

İrəvandakı çempionatda iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb - VİDEO

15.04.2023, 21:57
İrəvandakı çempionatda iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb - VİDEO

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.

Фğırlıqqaldıranlarımızı və federasiya nümayəndələrini gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Oxu.Az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri - nazir Fərid Qayıbovun müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar. Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi - Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

Şərhlər

Watchman 2023-04-15 23:25:34

Ora getməyin özü bir səhv idi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol