Menu

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb

16.04.2023, 23:18
Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb

Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib. Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol