Menu

İsveçdə 25 ilin ən böyük hərbi təlimləri başlayır

17.04.2023, 08:36
İsveçdə 25 ilin ən böyük hərbi təlimləri başlayır

İsveçdə 26 min nəfərin iştirakı ilə son 25 ilin ən böyük hərbi təlimləri olan “Aurora-23” başlayır.

APA-nın məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Manevrlərə ordu, donanma və HHQ cəlb olunub.

“Təlimlərin məqsədi İsveçə silahlı hücumun qarşısını almaq üçün toplanmış potensialı gücləndirməkdir”, - deyə xəbər verilib.

Tədbirlərdə 14 ölkənin nümayəndələri iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol