Menu

Bakı sakininin başına tapançanın qundağı ilə xəsarət yetirilib - FOTO,VİDEO

17.04.2023, 08:40
Bakı sakininin başına tapançanın qundağı ilə xəsarət yetirilib - FOTO,VİDEO

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən "Ali Baba lounge"da baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faik oğlu çayxanada hələlik naməlum şəxslə dava edən zaman başından xəsarət alıb. Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Şərhlər

t.ədalət 2023-04-17 12:51:12

Son məlumatlar Bakıda silah gəzdirən quldurların sayının artdığını göstərir.Qarşısını almaq üçün peşəkar,normal əmək haqqı ilə təmin edilmiş jandarma qüvvələrinin yaradılmasına ehtiyac vardır.Əks təqdirdə bir azdan onların əlindən küçələrdə gəzmək mümkün olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol