Menu

Türkiyə və Qazaxıstan ruslara qarşı qaydaları sərtləşdirib – Müraciətlərə kütləvi şəkildə rədd cavabı verilir

17.04.2023, 12:21
Türkiyə və Qazaxıstan ruslara qarşı qaydaları sərtləşdirib – Müraciətlərə kütləvi şəkildə rədd cavabı verilir

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Türkiyə rusiyalıların üz tutduğu əsas ölkələrdən birinə çevrilib. Bunun bir səbəbi yaşam xərclərinin əlçatan olması idisə, digəri birbaşa hüquqi proseslə bağlıydı. Ərizəçi, ölkədə əmlak kirayələdiyini göstərdiyi halda, altı aydan iki ilədək turistik oturum izni ilə təmin olunur. Kirayə müddəti uzadılarsa, oturum izni də daha iki illiyə verilə bilər. Beş illik oturumdan sonra vətəndaşlıq üçün müraciət hazırlıqları görmək mümkündür.

Ancaq ötən ilin martında Türkiyə hakimiyyəti oturum izni üçün əmlak kirayəsi qaydalarını sərtləşdirib. 2022-ci ilin sonunda daha çox rusiyalıların müraciətlərinə rədd cavabı verilib.

Türkiyəyə qaçan, yaxud imtina alan rusiyalıların dəqiq statistikasını əldə etmək çətindir. 10 minə yaxın üzvü olan “Teleqram” kanalının moderatoları isə bildirirlər ki, imtinalar artır, təkcə yanvarda qrup üzvlərindən 371 ərizəçinin 237-si imtina alıb.

Türkiyənin qəbul etmədiyi şəxslər indiyədək Tailand, Vyetnam, Qazaxıstan, Gürcüstan və Serbiyaya gedirdilər, amma oralarda da artıq yerləri daralır.

2022-ci ildə 2.9 milyon rusiyalı Qazaxıstana daxil olub, ancaq buraya ailələr, iki ölkənin qanuni sərhədi boyunca yaşayan, şəxsi əlaqələri olanlar da daxildir. O zaman Qazaxıstan qanunu rusiyalıların hər 90 gündən bir ölkədən çıxıb yenidən girməsini tələb edirdi. Ancaq yanvarda qanun dəyişdi. İndi Rusiyanın da daxil olduğu Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına 180 günlük müddət ərzində Qazaxıstanda 90 gündən çox qalmağa icazə verilmir.

Qazaxıstanda maaşlar Rusiyanın iri şəhərlərindən az olsa da, getdikcə daha çox rusiyalı bu Orta Asiya ölkəsində qalıb işləməyi seçirlər. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Qazaxıstanda iş izni ilə qalan rusiyalıların sayı 63 minə qalxıb ki, bu isə 2021-ci ildəkindən iki dəfə çoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol