Menu

Türkiyəli atletlər İlham Əliyev və xanımına belə təşəkkür etdilər - VİDEO

17.04.2023, 14:32
Türkiyəli atletlər İlham Əliyev  və xanımına belə təşəkkür etdilər - VİDEO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.

İTV-yə danışan ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və çempionatın gümüş medalının sahibi Qamze Altun Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə təşəkkürlərini çatdırıblar: “Buradan bizə təbriklərini çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.

Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış - bayrağın yandırılması - səbəbindən azərbaycanlı qardaşlarımıza ərməğan etdik. Sizi çox sevirik və hər zaman yanınızdayıq”.

Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar Cansu Bektaş qızıl, Qamze Altun (hər ikisi 45 kq çəki dərəcəsi – red.) isə gümüş medal qazanıblar.

Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol