Menu

Pakistanda terror qurbanlarının sayı ilin birinci rübündə artıb - Hesabat

17.04.2023, 15:04
Pakistanda terror qurbanlarının sayı ilin birinci rübündə artıb - Hesabat

Bu ilin birinci rübündə yaraqlıların hücumları və antiterror əməliyyatları nəticəsində Pakistanda ən azı 854 nəfər ölüb və ya yaralanıb ki, bu da bütün 2022-ci il ərzində müşahidə olunanların yarısı qədərdir.

“Dawn” Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hazırladığı hesabata istinadla xəbər verir ki, bu ilin yanvar-mart ayları ərzində 219 terror aktı və antiterror əməliyyatları nəticəsində ölənlərin sayı 358, yaralananların sayı isə 496 olub.

Ən çox ölüm - 245 (və ya 68 faiz) Hayber-Paxtunxvadan (HP), ardınca Bəlucistanda 64 (18%), daha sonra Sind, Pəncab və İslamabadda qeydə alınıb.

Hesabatda deyilir ki, 2023-cü il ilk ayı təhlükəsizlik qüvvələri üçün on ilin ən ölümcül yanvarı olub. Yanvar ayında 111 nəfər təhlükəsizlik işçisi həlak olub ki, bu da bir ayda ölüm sayına görə 2014-cü ilin iyul ayından sonra (118 ölüm) ikinci ən yüksək göstəricidir.

Bununla belə, ilk rübdə zorakılıq nəticəsində ölən mülki şəxslərin sayı bir il əvvəlki göstərici ilə (136nəfər) müqayisədə yarıdan çox azalaraq 63-ə düşüb. Hesabatda deyilir ki, təhlükəsizlik və hökumət məmurlarının ölüm halları keçən ilin birinci rübünə nisbətən ( 88 nəfər) bu ilin ilk rübündə iki dəfəyaxı (167 nəfər) artıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol