Menu

Kipr bankları Rusiya vətəndaşlarının hesablarını bağlayır

18.04.2023, 11:47
Kipr bankları Rusiya vətəndaşlarının hesablarını bağlayır

Kiprin ən böyük bankı – “Bank Of Cyprus” müştərilərinə Rusiya vətəndaşlarına hesablarının bağlanacağı barədə bildirişlər göndərməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Forbes” dərgisinə Kiprdə müştərilərə hərtərəfli xidmət göstərən “Main Partner Trust”-ə istinadən yazır. Bu məlumatı nəşrə bank sektorundakı mənbə də təsdiqləyib.

Bank müştərilərə ünvanladığı məktublarda istifadəçinin məlumatları “müştərini tanı” prosedurunun qaydalarına uyğun gəlmədiyi üçün bildirişin alındığı tarixdən iki ay ərzində onların hesablarının bağlanacağını bildirir.

Bankın Rusiya müştərilərinə münasibətdə bu cür hərəkətlərinin səbəblərindən biri Rusiyanın vergi rezidenti statusu ola bilər. Həmçinin, hesabın bağlanmasının səbəbi Rusiyada sanksiyalar altında olan biznesdən gəlirin olması (məsələn, sanksiyaya məruz qalan şirkətlərin distantdan işləyən işçiləri üçün dividendlər və ya maaşlar), həmçinin “atipik” yaşayış icazəsi (“qonaq”) ola bilər.

Nəşrin bank bazarındakı mənbəsi bildirir ki, “Bank Of Cyprus”əvvəllər də ruslar üçün hesablar bağlayıb. Üstəlik, Kiprdə uzun müddət yaşamış müştərilərin köhnə hesabları belə bu qadağalara məruz qalır.

“Forbes” yazır ki, hesabların bağlanması ilə bağlı problemlər təkcə “Bank Of Cyprus” müştəriləri üçün deyil, həm də “Yunan Hellenic Bankı” və “Alpha Bank” tərəfindən xidmət göstərənlər üçün yaranıb.

Rusiyalıların “Main Trust Partner”də hesablarını bağlamaq qərarı Britaniya və Amerika sanksiyaları qorxusu ilə bağlıdır. Sanksiyalar Rusiyadan gələn şirkətlərə və fiziki şəxslərə konsaltinq, marketinq, İT, hüquq, mühəndislik xidmətlərinin göstərilməsini qadağan edir. 

Kipr bankının qoyduğu məhdudiyyətlər ABŞ-ın əvvəlki sanksiyalardan yayınmağa kömək etdiyi üçün sanksiyaların son vaxtlar genişlənməsindən irəli gəlir. “Bank Of Cyprus” bütün məhdudiyyətlərə riayət etmək üçün əhəmiyyətli vəsait xərcləyir. “Forbes”ə müsahibə verən hüquqşünasların fikrincə, belə bir vəziyyətdə bank üçün rusiyalıların hesablarını bağlamaq cərimə və ya digər problemlərlə üzləşməkdən daha asandır.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol