Menu

Ukrayna taxılını bazarlara çıxarmaqda yenidən problemlə üzləşib – Avropalılar Ukrayna taxılından niyə imtina edir?

18.04.2023, 12:07
Ukrayna taxılını bazarlara çıxarmaqda yenidən problemlə üzləşib – Avropalılar Ukrayna taxılından niyə imtina edir?

Xəbər verildiyi kimi, Polşa, Macarıstan və Slovakiya öz istehsalçılarını və məhsullarını qorumaq üçün Ukraynadan taxıl idxalını dayandırıblar.

“AzPolitika.info” xəbər verir ki, bu ölkələrin birtərəfli qərar qəbul etmələri Avropa Bilriyi tərəfindən birmənalı qarşılanmayıb və böyük müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ukrayna taxılının bir hissəsi boğazlar vasitəsilə, bir hissəsi də Polşa, Macarıstan, Rumıniya və Slovakiyadan keçən tranzit yollarla beynəlxalq bazarlara çıxarılır.

Ukrayna rəsmilərinin məlumatına görə, taxıl məhsullarının 10%-i Polşa, 6%-i isə Macarıstan sərhədindən keçir. Ancaq sözügedən qərarların ardından bu tranzit keçidlərin bağlanacağı və taxılın daşınmasında yenidən logistik problemlərin ortaya çıxacağı bildirilir.

Xatırladaq ki, Polşa və Macarıstan sözügedən qadağaların iyunun sonuna qədər davam edəcəyini açıqlayıb. Qadağaların taxılla məhdudlaşmayacağı, tərəvəz, meyvə, ət və süd məhsullarını da əhatə edəcəyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol