“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.
Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artıb”.
Onun sözlərinə görə, sülhə nail olmaq - dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir.
Paşinyan əminliyini bildirib ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır. İrəvan onlara rəhbərliyin düşüncə tərzini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar anladıqdan sonra bu qərarlarla razılaşacaqlar.
Qeyd edəık ki, Paşinyan belə açıqlamaları çox veib, Ancaq real addımlar atmayıb.
"AzPolitika.info"

Şərhlər
Bu yetim addım atmaq istəyən kimi Erevanda kı ,rus başlar hərəkətə keçir ,sərhəddə atışma başlayır