Menu

Putinin nüvə hədələrinin “effekti”... – “Peşəkarlar hər şeyi yaxşı anlayırlar”

18.04.2023, 14:14
Putinin nüvə hədələrinin “effekti”... – “Peşəkarlar hər şeyi yaxşı anlayırlar”

“Vladimir Putinin nüvə təhdidləri müttəfiqlərin Ukraynaya hərbi yardımına təsir göstərmir və daha çox “obıvatel”ə hesablanıb”. 

"AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatı başçısının müavini general Vadim Skabitskiy mətbuata açıqlamasında deyib.

Skabitskiy bildirib ki, Putinin nüvə hədə-qorxularını peşəkarlar yaxşı başa düşürlər və bu təhdidlər onun gözlədiyi effekti vermir: “Ən əsası odur ki, bu təhdidlər Ramştayna toplaşan Müdafiə nazirlərinə təsir etmir. Bunlar təbliğat çərçivəsində adi vətəndaşlara təsir edə bilər, lakin peşəkarlar hər şeyi yaxşı anlayırlar”.

Xatırladaq ki, bu gün “The Guardian” nəşri Qərb liderlərinin Rusiyanın Ukraynanın əks-hücumuna bütün silahlarla cavab verə biləcəyinə və Kremlin nüvə təhdidinə hazırlaşdıqlarını bildirib.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol