"Bu gün İran adlanan məkanda ən önəmli siyasi cərəyan qeyri-fars millətlərinin başlatdığı prosesdir".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Finlandiyada yaşayan Güney Azərbaycanlı fəal Çingiz Göytürk deyib.
Onun sözlərinə görə, ölkədə etirazlar qismən səngimiş olsa da milli hərəkatlar davam etməkdədir:
"İranı tədirginliyə çəkən əsas amil də məhz bu milli hərəkatlardır. İranın ölkəmizə qarşı birmənalı münasibətin olmamasına səbəb orada yaşayan 40 milyon Azərbaycan türkünün varlığıdır. Onlar dəfələrlə qətliamlara uğrayıb, ancaq mübarizələrindən geri çəkilməyiblər. İran Azərbaycan dövlətinin müstəqilliyindən, dünyada artan qüdrətindən qorxaraq bunları həzm edə bilmir, Azərbaycanın zəifləməsi üçün dəridən-qabıqdan çıxır. Azərbaycan xüsusən 44 günlük Vətən müharibəsindən sonra reallaşdırılan layihələrlə dünyanın diqqətini cəlb edib. Bu da İranın get-gedə əhəmiyyətsizləşməsinə gətirib çıxarıb. Ona görə də bu layihələrin qarşısını almağa çalışır. Bunun üçün Azərbaycanın daxilində qurduğu terror ocaqları vasitəsilə təxribatlar törətməyə cəhd edir".


Şərhlər
Nə qədər ki,cənab İlham Əliyev Azərbaycanın lideridir Azərbaycan yumruq kimi bir olacaq.Hər kəsin haqqını xəsislik etmədən özünə vermək lazımdır.Bu zamanda Azərbaycan həqiqətən də öz sözünü deyə bilən qüdrətli Qafqaz respublikasıdır.Gələcək nəsillər bu günləri həsrətlə xatırlayacaq əgər biz bu birliyi pozsaq.Cəmisi üç il qabaqkı halımızı yadımızıa salsaq bu aydın görünər.