Menu

“Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq” - Stoltenberq

18.04.2023, 21:44
“Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq” - Stoltenberq

Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.

“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı yenidən düşünməli və daha təhlükəli və rəqabətli dünyaya uyğunlaşdırmalıyıq. Bura 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqə də daxildir”, - Stoltenberq bildirib.

O qeyd edib ki, Çin Xalq Respublikası qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol