Menu

Litva 1 milyon ton Ukrayna taxılını dəmir yolu ilə ixrac etməyə hazırdır

19.04.2023, 00:51
Litva 1 milyon ton Ukrayna taxılını dəmir yolu ilə ixrac etməyə hazırdır

“Litva Ukraynadan dəmir yolu ilə 1 milyon ton taxıl ixrac etməyə hazırdır”. “Report” xəbər verir ki, bunu Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte bildirib.

Polşanın iqtisadi inkişaf və texnologiyalar naziri Valdemar Buda ilə görüşdən sonra nazir taxılın Polşa vasitəsilə ixrac ediləcəyini, daha sonra isə Klaypeda dəniz limanı vasitəsilə dünya bazarına çıxacağını bildirib.

“Litva Aİ hüdudlarından kənarda taxıl ixracının təşkilində Ukraynaya yardım göstərməyə hazırdır. Bizim nəqliyyat infrastrukturumuz 1 milyon ton taxıl daşımağa imkan verir”, - deyə nazir vurğulayıb.

Qeyd olunub ki, taxıl daşınarkən yolun enində fərq problemə çevrilə bilər.

Şərhlər

B.Qarabağlı 2023-04-19 13:29:13

Həndəsi-coğrafi mərkəzinə addım ata bilməyən, yeni (13-14 sen) hərbi işğal təhlükəsi ortasında olan Azərbaycana neçə illik ərzaq və yemlik taxıl ehtiyatı gərəkdir? 3-10 mln tonluq elevatorlar hər rayonda varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol