Menu

ABŞ və İsrail nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb

19.04.2023, 14:32
ABŞ və İsrail nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb

ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Səfərin məqsədi Azərbaycan həqiqətlərinin İsrail və ABŞ ictimaiyyətinə çatdırılmasıdır.

Nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edəcək, daha sonra Şuşa şəhərinə gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol