Menu

ABŞ və İsrail nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edib

19.04.2023, 17:16
ABŞ və İsrail nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edib

ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdə olub.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşının xəbərinə görə, qonaqlar Xudafərin körpüsünü ziyarət edib.

Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.

Nümayəndə heyəti daha sonra Şuşaya səfər edəcək və şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol